Mühəndis icmasının inkişafı və elmin geniş auditoriyada populyarlaşdırılması istiqamətində yeni sosial layihələr fəaliyyətə başlayıb

Samir

Samir Qulamzadə

category

Xəbərlər

date

22 Avqust 2024 19:15

blog header

Bu gün mühəndis icmasının inkişafı və elmin geniş auditoriyada populyarlaşdırılması istiqamətində iki yeni sosial layihə (“Academy SG” və “Universe SG”) rəsmi olaraq fəaliyyətə başladığını elan etdi. Birinci layihə gənc mühəndislərə və mühəndislik ixtisasları üzrə tələbələrə peşəkar inkişaf və təcrübə mübadiləsi üçün unikal imkanlar təqdim etməyə yönəldilmişdir. İkinci layihə isə elmi biliklərin populyarlaşdırılmasına həsr olunub, elmi hamı üçün əlçatan və başa düşülən etməyi hədəfləyir. Hər iki layihənin fəaliyyəti ilə bağlı sosial şəbəkə hesablarını, academy.samgulam.com və universe.samgulam.com saytlarını yaxından izləməyinizi tövsiyə edirik.

1. “Academy SG”

“Academy SG” layihəsi mühəndisliyin bütün aspektlərinə həsr olunmuş onlayn platformadır. Bu platformada məqalələr, xəbərlər, tədris materialları, mühəndisliyin müxtəlif sahələrində ən son araşdırmalar və ümumilikdə bir mühəndisin bilməli olduğu bütün biliklər yer alır. Layihənin məqsədi mühəndislik peşəsini populyarlaşdırmaq və həm mütəxəssislərə, həm tələbələrə, həm də geniş ictimaiyyətə keyfiyyətli məlumat verməkdir.

Bildiyimiz kimi, mühəndislik sivilizasiyamızın əsas lokomotiv qüvvəsi hesab olunur. Bu gün həyatımızı rahatlaşdıran hər bir vasitənin əksər hissəsi məhz mühəndislik möcüzəsinin məhsuludur. Odur ki, bu cür önəmli paya sahib bir sahə şübhəsiz ki, hələ uzun illər insanlığın əsas dayaq və inkişaf nöqtəsi olacaqdır. Heç kəsə sirr deyil ki, elə bu səbəbə görə mühəndislik sahəsindəki keyfiyyətli insan kapitalının formalaşması hər zaman ölkələr üçün həssas bir məqama çevirilib. “Academy SG” layihəsi də bu formalaşmada öz töhvəsini vermək üçün yaradılmışdır. Platforma əsasən azərbaycandilli üzvlər üçün nəzərdə tutulsa da, eyni zamanda, rus və ingilis dilində də istifadə mümkündür.

Layihənin hədəf kütləsi:

     • Peşəkar mütəxəssislər

     • Mühəndislik sahəsində təhsil alan tələbələr

     • Mühəndisliklə əlaqəli marağı olan digər şəxslər

Layihənin məqsədləri:

     • Mühəndislik sahəsində əlçatan azərbaycandilli informativ platforma olmaq

     • Azərbaycanda mühəndislik sahəsinin populyarlaşdırılması

     • Hədəf qrupuna daxil olan insanlar üçün onlayn və əyani olaraq maarifləndirici tədbirlərin keçirilməsi

“Academy SG” platforması aşağıda qeyd olunan hissələrdən ibarətdir:

Xəbərlər – Hər kəsə bəllidir ki, informasiya ən dəyərli resurs hesab olunur. Eyni zamanda, informasiyanın təzəliyi, aktuallığı daimi olaraq onu izləmək məcburiyyətini yaradır. Bunun üçün “Xəbərlər” formatı və ona uyğun bölmə bizim üçün ən yeni və dəqiq informasiyanı əlçatan edir.

Bilik mərkəzi – Bu bölmə platformanın əsas məlumat bazasını təşkil edir. Əsas 3 hissədən ibarətdir:

     a. Akademik elm – “Academy SG” layihəsi akademik elmi 2 hissəyə ayırır: fundamental və təkmilləşdirilmiş. Fundamental biliklər olaraq platforma cəbr, həndəsə, fizika, kimya, informatika və texniki rəsmin müxtəlif mövzularını əks etdirir. Təkmilləşdirilmiş biliklərdə isə az öncə sadalanan elmlərdən törəyən digər elmlərin (elektronika, proqramlaşdırma, 3D modelləmə və s.) mövzularını daha təkmil formada çatdırır.

     b. Publisist elm – “Academy SG” layihəsi düşünür ki, mühəndis üçün akademik biliklər nə qədər vacibdirsə, onun publisist üslubda çatdıra bilmək qabiliyyəti də bir o qədər önəmlidir. Platformanın bu hissəsi digər layihəmiz olan “Universe SG”-yə keçid xarakteri daşıyır. Burada həm mühəndislər artıq əldə etdikləri bilik və xəbərlərlə publisist üslubda tanış olacaq, həm də sıradan olan bir oxucu ümumişlək dildə yazılan bir məlumat əldə edə biləcəkdir.

     c. “Soft” biliklər – Bir çox sahələrdə olduğu kimi mühəndisliyin də özünəməxsus streotipləri mövcuddur. Bunlardan başlıcası bir mühəndisin yalnız texniki biliklərə sahib olmasının kifayət etməsi haqqındadır. Günümüzün əmək bazarı onu göstərir ki, mühəndis keyfiyyətli formada texniki biliklərə yiyələnməkdən savayı bir çox qeyri-texniki bacarıqlara da malik olmalıdır. Bunu biz “soft” bacarıqlar adlandırırıq. Bu bölmədə biz komanda işi, tənqidi düşüncə, planlama və onlarla digər bu tip bacarıqlardan bəhs edirik.

Digər layihələr – bu keçid vasitəsilə ərsəyə gətirdiyimiz digər layihələrlə yaxından tanış ola bilərsiniz.

Əlaqə - Bizimlə əlaqə saxlayaraq bizimlə əməkdaşlıq edə və ya bizə dəstək ola bilərsiniz.

2. “Universe SG”

Sizə kosmik sferada baş verən bütün xəbərləri və məlumatları çatdırmaq üçün hazırlanmış onlayn platforma olan “Universe SG” sizin ən yaxın bələdçiniz olacaq. Kosmos dünyasında ən son hadisələr, elmi və texnoloji nailiyyətlərdən xəbərdar olmaqla yanaşı digər önəmli mövzulara da toxunulur.

Ötən əsrdən başlayan kosmik era artıq məcbur edir ki, başımızı yuxarı qaldıraq. Bu gün artıq ən böyük tərəqqilərdən tutmuş ən böyük təhlükələrə qədər hər şey kosmosla əlaqəli ola bilir. Buna görə də bu mövzuda minimum səviyyədə məlumatlı olmağımız hər birimiz üçün vacibdir. “Universe SG” layihəsi ümumişlək üslubda olmaqla xəbər və məlumatları hər kəs üçün anlaşılacaq səviyyədə çatdırmağı hədəfləyir. Mövzular isə əsasən kosmik sferaya (aerkosmik mühəndislik, astronomiya, kosmologiya və s.) yönəlsə də həyatımıza təsir edən digər önəmli mövzulara da (texnologiya, ekologiya və s.) toxunacaq. Devizimizdə dediyimiz kimi, “Universe”-də baş verən hər şey!

“Universe SG” platforması aşağıda qeyd olunan hissələrdən ibarətdir:

Xəbərlər – Hər kəsə bəllidir ki, informasiya ən dəyərli resurs hesab olunur. Eyni zamanda, informasiyanın təzəliyi, aktuallığı daimi olaraq onu izləmək məcburiyyətini yaradır. Bunun üçün “Xəbərlər” formatı və ona uyğun bölmə bizim üçün ən yeni və dəqiq informasiyanı əlçatan edir.

Məqalələr – Bu bölmədə siz ən önəmli elmi biliklərə publisist üslubda çata bilirsiniz. Daha öncə qeyd etdiyimiz kimi, mövzular əsasən astronomiya, kosmologiya, aerokosmik mühəndislik kimi kosmik sferaya yönəlsə də texnologiya, ekologiya və s. tip önəmli istiqamətlərə də xitab edir.

Digər layihələr – bu keçid vasitəsilə ərsəyə gətirdiyimiz digər layihələrlə yaxından tanış ola bilərsiniz.

Əlaqə - Bizimlə əlaqə saxlayaraq bizimlə əməkdaşlıq edə və ya bizə dəstək ola bilərsiniz.

Hər iki layihə, həm mühəndislər, həm də elm həvəskarları üçün geniş imkanlar açır, onları bir araya gətirərək, bilik və təcrübə mübadiləsini daha da inkişaf etdirməyə imkan verir. Bu təşəbbüslərlə cəmiyyətimizin inkişafına töhfə verməyi, elmi və texnoloji tərəqqiyə dəstək olmağı hədəfləyirik.

Oxşar xəbərlər


news-1

Mühəndis icmasının inkişafı və elmin geniş audito...

22 Avqust 2024 19:15